Yaponiyada 300 nəfər ölümə getməyə hazırlaşır

Yaponiyada 300 nəfər ölümə getməyə hazırlaşır

4 Aprel 2011 01:38
Bəyəndim (0) Bəyənmədim (0)
"Fukuşima 50" briqadasının fəhlələri taleyə boyun əydilər

Son illərin ən böyük böhranına səhnə olan Yaponiyanın Fukuşima nüvə stansiyası ətrafında söz-söhbətlər səngimək bilmir. Oradakı kritik vəziyyəti idarə altına almaq öhdəçiliyi "Fukuşima 50" qrupuna həvalə olunub. Bu qrupa mənsub personal məruz qaldıqları ölümcül radiasiyaya baxmayaraq, taleləri ilə barışmalı olublar. Adı açıqlanmayan işçilərin birinin anası briqadanı "Fukuşima kamikadzeləri" adlandırıb və fəhlələrin böyük ehtimalla öləcəklərini bildirib. O deyib: "oğlum və həmkarları bu mövzunu dərin müzakirə etdilər və lazım olsa, ölməyi qəbul eləcəklər".

Aralarında texnik, əsgər və xilasedicilərin də olduğu 300 işçi 50 nəfərdən ibarət 6 qrupa bölünüblər. Onların artıq dəfələrlə yüksək səviyyədə radiasiyaya məruz qaldıqları açıqlanıb.

O.M