Bakıda gənc özünü yandırdı

Bakıda gənc özünü yandırdı

20 Aprel 2011 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən gecə saatlarında 22 yaşlı oğlan üstünə benzin tökərək özünü yandırıb.

Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, Zirə qəsəbəsi sakini, 1989-cu il təvəllüdlü Elmin Məmmədkərimov özünə od vurub.
22 yaşlı oğlan küçəyə çıxaraq, üzərinə benzin töküb və od vurub. Yanan zaman dəhşətli səs-küyə insanlar yığışıb və onu söndürərək xəstəxanaya çatdırıblar.

5 saylı şəhər xəstəxanasının yanğın palatasına yerləşdirilən paytaxt sakininin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin səbəbləri Xəzər rayon Prokurorluğu tərəfindən araşdırılır, sağlamlığa xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.


Bu gənci yandırıb-yaxan olub ki, o da özünü yandırıb...

Elvin Babayev

O.M.