Siyasətçi canlı yayımda  Maykl Cekson rəqsi edib

Siyasətçi canlı yayımda Maykl Cekson rəqsi edib

20 Aprel 2011 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

40 yaşlı rumıniyalı partiya lideri Edmond Talmacean qonaq olduğu bir televiziya proqramında Maykl Ceksonun rəqsini edib. Bu hadisə dünyada böyük marağa səbəb olub. Maykl Ceksonun ay yerişi rəqsini ustalıqla oynayan partiya lideri eyni zamanda kəskin tənqidlərin hədəfinə çevrilib. Rumıniya prezidenti bu hərəkətin siyasətdən uzaq olduğunu, əyləncə dünyasına xas olduğunu söyləyib. Rumıniya Turizm Naziri isə partiya liderinə bir müddət gözlərdən uzaq durmağı məsləhət görüb. Digər Nazirlər isə bu hərəkətin bir mesaj xüsusiyyəti daşıdığını deyiblər.

Deyirlər, dəvə oynayanda qar yağar. Rumıniya siyasətində çovğun gözlənilir...

Hafiz Əhmədov

O.M.