Ermənilər yenə də hərbi təlim keçiriblər

Ermənilər yenə də hərbi təlim keçiriblər

20 Aprel 2011 10:45
998
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazisində yenidən hərbi təlimlərə başlayıb. Belə ki, ermənilər Azərbaycanın işğal altında olan keçmiş Ağdərə rayonunun ərazisində, Tərtərin Talış və Yuxarı Çaylı kəndləri istiqamətində hərbi təlimlərə başlayıblar.


Məlumata görə, təlimlərdə müxtəlif çaplı artilleriya qurğularından, zirehli texnikalardan və vertolyotlardan istifadə ediblər. Həmin ərazilərə yaxın yaşayış məntəqələrində partlayış səsləri eşidilib.

Tərtər rayonunun Borsunlu kənd sakinlərinin sözlərinə görə, partlayışlar nəticəsində evlərdə titrəyişlər olub, divarlarda çatlar əmələ gəlib.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri bir neçə gün əvvəl Ağdamın işğal altında olan ərazilərində də hərbi təlimlər keçirib.

Yaşlı və orta nəslin nümayəndələri bilirlər ki, ermənilər "yağmadan guruldamağı" xoşlayırlar. İndiki halda onlar müharibədən sığortalanmaq üçün qarşı tərəfə hədə-qorxu gəlməyə çalışırlar...

Elvin Babayev

O.M.