Yanğın 8 min nəfəri evsiz qoyub

Yanğın 8 min nəfəri evsiz qoyub

20 Aprel 2011 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Filippinin paytaxtı Manila şəhərində məhəllələrdən birində elektrik şəbəkəsində baş vermiş qısaqapanma hadisəsi dəhşətli yanğına səbəb olub. Yanğın nəticəsində 8 min insan ev-eşiksiz qalıb. Yanğının baş vermə səbəbi kimi cib telefonunun həddən artıq enerji yığması ilə bağlı olduğu bildirilib. Yanğınsöndürənlər yanğının qısa vaxta digər evlərə keçdiyini söyləyiblər. Yanğında 9 nəfər ağır yanıq xəsarəti alıb, 1600 ailə isə evsiz qalıb. Evsiz qalanar yaxınlıqdakı binalarda müvəqqəti olaraq məskunlaşıblar.

Telefon təkcə mobil vasitəsi və ya aksessuar deyil, həm də təhlükə mənbəyidir.


Hafiz Əhmədov


O.M.