Sel Göyçay körpüsünü dağıtdı

Sel Göyçay körpüsünü dağıtdı

3 İyun 2018 07:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindəki təxminən 40 metr uzunluğu olan körpü güclü selin təsirinə dözməyərək uçub. APA-nın yerli bürosunun xəbərinə görə, güclü sel saat 21.00 radələrində ölkə əhəmiyyətli körpünü tamamilə uçurub.

Qeyd edək ki, bundan əvvəl avtomobil körpüsünün yanındakı piyada körpüsünü sel aparıb.

Xatırladaq ki, körpüdə çökmə təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti bu gün günorta saatlarından dayandırılmışdı.