Türkiyənin Quru Qoşunlarının komandanı Bakıya gəlib

Türkiyənin Quru Qoşunlarının komandanı Bakıya gəlib

20 Aprel 2011 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Türkiyənin Quru Qoşunları komandanı Erdal Ceylanoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə çox yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı ölkələrimizin hərbi sahədə də yaxşı işbirliyinin yaradılmasından məmnunluğunu bildirib.

Prezident İlham Əliyev Erdal Ceylanoğlunun ölkəmizə səfərinin uğurlu keçəcəyinə və Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu qeyd edib.

Türkiyənin Quru Qoşunları komandanı Erdal Ceylanoğlu Azərbaycan ilə Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini vurğulayaraq, bu münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini söyləyib.

Bir millət - iki dövlət prinsipinə əsaslanaraq əminliklə deyə bilərik ki, Türkiyə ilə Azərbaycan vahid geostrateji məkana malikdir. Deməli, bu məkanın müdafiəsi hər iki dövlətin müştərək işidir.

Elvin Babayev

O.M.