Bu gün hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytından verilən məlumata görə, aprelin 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə duman olacaq. Arabir
güclənən mülayim cənub-qərb, qərb küləyi əsəcək, günün ikinci yarısında güclü
şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-10 dərəcə isti,
günün birinci yarısında 16-21 dərəcə isti, axşama doğru 13 dərəcəyədək isti
təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, aprelin 20-də hava şəraitinin gündüz əsasən
yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında yağış
yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən
qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu
gecə 5-10 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti,
gündüz 7-12 dərəcə isti təşkil edəcək.
Havadan asılı olmayaraq, hamınıza aydın səma arzulayırıq...
Elvin Babayev
O.M.