İngiltərə Liviyaya qoşun göndərəcək

İngiltərə Liviyaya qoşun göndərəcək

20 Aprel 2011 09:38
Bəyəndim (0) Bəyənmədim (0)

Liviya xarici işlər naziri Əbdülati-əl-Übeydi BBC telekanalına müsahibə verib. Verdiyi açıqlamada o, İngiltərə hökumətinin Benqaziyə ordu göndərmək planını pisləyərək, sülh prosesinə mane olacağını və müharibənin uzanmasına səbəb olacağını bildirib.

Daha sonra o, İngilis quru qoşunlarının Liviyaya hücumunu təxribat adlandırıb və geri addım atılmasını tələb edib. Əks halda zabitlərin təhlükə altında qalacağını söyləyib.


İngiltərənin xarici işlər naziri Uilliam Haque açıqlamasında ingilis zabitlərinin müxalifət qoşunlarına təlim keçməyəcəyini və silahlandırmayacağını açıqlayıb. O, "zabitlərimiz sadəcə üsyançıları bir istiqamətdə birləşdirəcək və rabitə problemlərini həll edəcəklər", - deyib.


Qeyd edək ki, BMT-nin 1973 saylı qərarına əsasən, Liviyaya qurudan müdaxiləyə qadağa qoyulub. İngilis siyasətçilər isə Benqaziyə zabitlərin göndərilməsinin BMT qərarına uyğun olduğunu açıqlayıb.

Qanunları yazanlar nə vaxtısa onları pozurlar. Bu, həyatın yazılmamış qanunudur.

Elvin Babayev

O.M.