Bill Qeyts Braziliyadan qovuldu

Bill Qeyts Braziliyadan qovuldu

20 Aprel 2011 09:38
Bəyəndim (0) Bəyənmədim (0)
O, qanunsuz yolla əməyi istismar etdiyi üçün cərimə olundu

Microsoft şirkətinin qurucusu Bill Qeyts 19 aprel günü Braziliya polisləri ilə problem yaşadı. Bu məlumatı yerli polis orqanlarına istinadən France Presse yayıb.

Xəbərdə bildirilir ki, Braziliyada istirahətdə olan Bill və dostları Riu-neqru çayında qayıqla səyahət edərkən polislər onları saxlayıb. Qonaqların sənədləri qaydasında olsa da, qayıq sürücüləri qeyri-qanuni fəaliyyət göstərdikləri üçün mübahisə yaranıb. Nəticədə, Bill Qeyts və qonaqları cərimə olunublar. Eyni zamanda onlara Braziliyanı 3 sutka ərzində tərk etmələri üçün yazılı məlumat verilib.

Virtual aləmin sahibi Bill Qeyts olsa da, real aləmin öz qanunları var...

Natiq Qocaman

O.M.