Millət vəkili olsa, barlarda oxuyacaq

Millət vəkili olsa, barlarda oxuyacaq

4 Aprel 2011 01:44
Bəyəndim (0) Bəyənmədim (0)
Türkiyə Böyük Millət Məclisinə transseksual namizəd

12 iyun seçkilərinə günlər qala namizədlər millət vəkili ola bilmək üçün bir-biriləriylə yarışarkən İzmirdə fərqli bir ad diqqəti öz üzərinə çəkdi.Transseksual müğənni Almina Can Rencü millət vəkili olmaq üçün AK Partiyasından namizədliyini irəli sürdü. İzmirdə yaşayan transseksual sənətçi səhnələrdən endi, siyasətə qoşuldu. Almina Can millət vəkili olsa, həftədə 2 gün barlarda səhnəyə çıxmağa davam edəcək, özünə verilən maaşı isə qəbul etməyəcək.Can nə səbəbə AK Partiyanısı seçdiyini bu sözlərlə izah etdi: "AK PartiyasınınTürkiyəyə çox şey qazandırdığını, əl atılmamış problemlərə əl atma cəsarətini gördüyüm üçün... Mən də fərd olaraq özümü hazır hiss etdiyim üçün siyasətə atıldım".

O.M.