Liviya üsyançıları mühasirəyə alınıb

Liviya üsyançıları mühasirəyə alınıb

20 Aprel 2011 07:54
996
Bəyəndim (0) Bəyənmədim (0)

France Pressedən daxil olan ən son məlumatlar:


20 aprel, yerli vaxtla saat 04:21


Vaşinqton - Dünən ABŞ rəsmiləri Qudlak Conatanı Nigeriyanın prezidenti seçilməsi münasibətilə təbrik etdilər. Təbrikdə bu ölkənin müxalifətindən seçkinin nəticələrinə hörmətlə yanaşmaq tələb olunur və "Nigeriya üçün yeni başlanğıc" kəlmələri işlədilir.


Vaşinqton - ABŞ çərşənbə axşamı günü Suriya rəhbərliyindən nümayişçilərə qarşı güc işlətməməyi tələb edib. Xatırladaq ki, sonuncu qarşıdurmada ən az 4 nəfər dinc sakinin qətlə yetirildiyi bildirilir.

Misrata - Liviya müxalifətinin paytaxtına çevrilmiş Misrata şəhəri bir həftədən artıqdır Qəddafi qüvvələri tərəfindən mühasirəyə alınıb. Eyni zamanda bu şəhər dünən günorta saatlarından sabaha qədər aramsız olaraq atəşə tutulub. Üsyançılar NATOdan təcili kömək istəyirlər və əks halda bir neçə günə təslim ola biləcəklərini vurğulayırlar.


Sana
- Əli Abdulla Salehin istefasını tələb edən üsyançılardan daha biri yaralı vəziyyətdə xəstəxanaya çatdırılarkən ölmüşdür. Bu, sayca ikinci itkidir.


Roma - fevral ayının ortalarından başlayan konfliktdə 10000 ölən və 55000 yaralanan olub. Bunu dünən axşam saatlarında İtaliyanın xarici işlər naziri Franko Frattini Liviya müxalifətinin məlumatına əsasən deyib.

O, eyni mənbəyə istinadən qeyd edib ki, Qəddafi heç zaman öz xoşu ilə vəzifədən getməyəcək.


Paris - Fransa xarici işlər naziri Alen Jüpe Liviyaya quru qoşunları göndərmək fikrinin tam əksinədir. London isə Liviya üsyançılarına təlim keçmək üçün hərbi məsləhətçilər göndərəcəyinə söz verib.


O.M.