Liviyaya yardım axını başlayıb

Liviyaya yardım axını başlayıb

19 Aprel 2011 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

BMT Liviyanın qərbində aclıqdan əziyyət çəkən insanlara yardım etmək üçün koridor açıb. Həmin koridor vasitəsi ilə yardım etmək istəyən ölkələr qida və tibbi məhsulları mərkəzə, yardıma ehtiyacı olan insanlara çatdıra biləcək.

Dünya qida proqramının təşəbbüsü ilə paytaxt Trablus da daxil olmaqla bütün şəhərlərə yardım yola salınıb. 8 yük maşınından ibarət, ümumi çəkisi 240 ton olan un və un məmulatları daşıyan karvan artıq Liviyaya daxil olub.

Tunis sərhədindən Liviyaya keçən karvan 50 min nəfərin bir aylıq qidasını daşıyır. Qida məhsulları Trablus, Zintan, Yefrin, Nalut, Mezda, Reyba və Zaviyə şəhərlərində yerləşən "Qızıl xaç" cəmiyyətinin əli ilə əsasən qadın və uşaqlar olmaqla ehtiyacı olanlara paylanacaq.

Qərb Liviyanı qorxu ilə ümid arasında saxlayır.

Günel Həbib

O.M.