Fələstinin müstəqilliyi tanına bilər

Fələstinin müstəqilliyi tanına bilər

19 Aprel 2011 14:04
927
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa və ABŞ diplomatları İsrailin baş naziri Benyamin Netanyahudan dərhal yeni bir sülh planı hazırlamasını və beynəlxalq ictimaiyyətə təqdim etməsini istəyiblər.

Amerikanın "Los Anceles Tayms" qəzetinin verdiyi məlumata görə, diplomatlar Netanyahuya qısa bir müddətdə sülh danışıqlarına başlamazsa, Yaxın Şərq dördlüyünün Fələstini 1967-ci il sərhədləri çərçivəsində tanıyacaqlarını bəyan ediblər. Tanınacaq dövlətin paytaxtı isə Şərqi Qüds olacaq. Qeyd edək ki, bu dördlüyə ABŞ, Avropa Birliyi, Rusiya və BMT daxildir.

Qəzetə müsahibə verən və adının açıqlanmasını istəməyən diplomat İsrailə qarşı sərt addımların atılacağı barədə məlumat verib. O, "İnsanların artıq səbri tükənib. Bütün nəzərlər isə Amerikaya yönəlib", - deyib.

İndiki halda ABŞ İsrailə təzyiq göstərsə də, Fələstin dövlətini yaratmaqda maraqlı deyil. Deməli, şantaj yəhudi diasporunun maliyyə vəsaitlərinə hesablanıb. Yaxın Şərq müharibələri külli miqdarda xərc tələb edir axı...

Elvin Babayev

O.M.