BNA “dayanacaqda dayanın” dedi, dayanacaq aşdı

BNA “dayanacaqda dayanın” dedi, dayanacaq aşdı

30 Mart 2018 16:41
197
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakıda və Abşeron yarımadasında müşahidə edilən güclü külək avtobus dayanacağını aşırıb.

Hadisə bu gün səhər saatlarında Xırdalanda yaşanıb. Gün ərzində əsən külək yeni qoyulmuş dayanacağı aşırıb.

Xırdalan sakinlərinin sözlərinə görə, aşan dayanacaq yeni qoyulub və hələ bərkidilməyib. Güclü küləyə tab gətirməməsinə səbəb də bu olub.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi bu gün müşahidə ediləcək təhlükəli küləklə əlaqədar xəbərdarlıqda vətəndaşları ehtiyatlı olmağa çağırmışdı.

Agentlikdən bildirilmişdi ki, vətəndaşlar dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar və yola çıxmasınlar.Axar.az