Külək Aşıq Alı küçəsində ağacı aşırıb, yol bağlanıb

Külək Aşıq Alı küçəsində ağacı aşırıb, yol bağlanıb

30 Mart 2018 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün əsən güclü külək nəticəsində aşan ağac Bakının Nərimanov rayonunun Aşıq Alı küçəsində yolu bağlayıb.

Bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, hazrda yola aşan ağacın götürülməsi üçün işlər aparılır.

O.Məmmədov qeyd edib ki, Yasamal rayonu Zərdabi küçəsi, 3155-ci məhəllədə sağlam ağacın köhnə tikilinin üzərinə düşərək onu dağıdıb. Nizami rayonunda isə ağac elektrik xəttinin üzərinə üzərinə aşıb:

"Lakin ağac aşarkən yanında olan başqa ağacla elektrik xəttinin arasına düşdüyündən elektrik xəttini qıra bilməyib, yəni yandakı ağac onu saxlaya bilib. Buna görə də ərazidə elektrik xəttinin verilişində heç bir problem yaranmayıb".