Cənubi Osetiyanın hazırkı prezidenti Eduard Kokoyta seçkilərin nəticələrinə yenidən baxacağına söz verdi

Cənubi Osetiyanın hazırkı prezidenti Eduard Kokoyta seçkilərin nəticələrinə yenidən baxacağına söz verdi

30 Noyabr 2011 20:48
Bəyəndim (0) Bəyənmədim (0)

Hal-hazırda Tsxinvali şəhərinin mərkəzində Hökumət binasının yaxınlığında prezident seçkilərinin nəticələrini tanımayan hökumətə qarşı etiraz edən yüzlərlə insan toplaşıb. Onlar Rusiya hərbi qüvvələri və polisi tərəfindən mühasirəyə alınıblar. Binada isə prezident seçkilərinin qalibi olduğunu elan etmiş Alla Cioyeva ilə hazırkı prezident Eduard Kokoyta arasında bağlı qapılar arxasında görüş keçirilir. Bu saatlarda ikitərəfli görüşə Ali Məhkəmənin sədri Atsamaz Biçenov da qoşulub. Lifenews xəbər agentliyinin məlumatına görə, Ali məhkəmənin sədri narazı kütlədən ehtiyat edərək binaya arxa qapıdan daxil olub. Alla Cioyeva onunla sərt danışıb və buraxdığı tarixi səhvi düzəltməyi ondan tələb edib. O isə öz növbəsində prezidentliyə namizədə tövsiyə edib ki, çıxarılmış qərardan məhkəməyə şikayət etsin.

Lifenews xəbər agentliyinin bölgə müxbirinin verdiyi ən son məlumatda bildirilir ki, Cənubi Osetiyanın hazırkı prezidenti Eduard Kokoyta gərginliyi sovuşdurmaq üçün seçkilərin nəticələrinə yenidən baxacağına söz verib.

Belə ki, Cənubi Osetiya Mərkəzi Seçki Komissiyasının sədrinin etirafına görə, prezident seçkilərinin real nəticələri Cioyevanın rəqibini 16% səs çoxluğu ilə üstələdiyini göstərir.

Görüş bağlı qapılar arxasında davam edir.

O.M.