Bayram günlərində 27 nəfər zəhərlənib

Bayram günlərində 27 nəfər zəhərlənib

27 Mart 2018 10:48
160
Bəyəndim (0) Bəyənmədim (0)

Bayram günlərində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 27 nəfər müraciət edib.

Bu barədə AzVision.az-a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.

A.Maqsudov qeyd edib ki, 12 müraciət dəm qazı ilə bağlı olub, onlardan 7 nəfəri qadındır: "Müraciət edənlərdən ağırlaşma və ölüm halı olmayıb. 2 nəfər sirkə turşusu zəhərlənməsi ilə daxil olub, vəziyyətləri orta ağır olub. 6 nəfər allergik reaksiya ilə bağlı müraciət edib. Bunlar əsasən dərmanlarla əlaqədar olub. 7 nəfər sərxoş vəziyyətdə gələrək müayinədən keçib, məsləhət alıb gediblər".