Salyanda ağır qəza: ölənlər var

Salyanda ağır qəza: ölənlər var

26 Mart 2018 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Salyan-Şirvan avtomobil yolunun 4-cü kilometrliyində Salyan rayonunun Qırxçıraq kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Rauf Sahib oğlu Quliyev idarə etdiyi VAZ-2107 markalı, 09 BO 697 dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olan zaman maşını su kanalına aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, Ağdaş rayonunun Ləki qəsəbə sakini, 1983-cü il təvəllüdlü Qərib Yenidünya oğlu Quliyev avtomobilin içində boğularaq ölüblər.

Hadisə yerinə DYP əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının maşınları cəlb edilib.Report