9 yaşlı uşaq oyuna görə bacısını tapanca ilə vurdu

9 yaşlı uşaq oyuna görə bacısını tapanca ilə vurdu

19 Mart 2018 17:29
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Mississipi ştatında dəhşətli hadisə baş verib.

13 yaşlı qızla 9 yaşlı qardaşı arasında video oyuna görə mübahisə düşüb. Nəticədə 9 yaşlı uşaq tapanca ilə bacısını vurub.

Qız oyunun idarəetmə pultunu qardaşına verməyib. 9 yaşlı qardaşı isə silahı alaraq bacısına atəş açıb. Güllə qızın beynindən dəyib.

Həmin vaxt ana digər otaqda başqa uşaqlarına yemək verirmiş. Hadisə ilə bağlı polisdən verilən açıqlamada deyilir:
"Video oyunlarda və ya televiziyada belə səhnə gördüyünü düşünürük. Həqiqətən də etdiklərinin nəticəsini bildiyinə əmin deyiləm. Buna cavab verə bilmərəm. Bildiyim tək şey odur ki, faciə baş verib".Olke.az