Bakıda zirzəmidən avtomat və patronlar tapıldı

Bakıda zirzəmidən avtomat və patronlar tapıldı

19 Mart 2018 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda binanın zirzəmisindən silah-sursat tapılıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Yaşayış binasının zirzəmisində üzərində ərəb və fars dillərində yazı olan 1 ədəd avtomat, 254 ədəd patron və 3 ədəd avtomat darağı aşkar edilərək götürülüb.