Şou zamanı baş verən bədbəxt hadisədə rəqqas ölüb – VİDEO

Şou zamanı baş verən bədbəxt hadisədə rəqqas ölüb – VİDEO

19 Mart 2018 13:18
Bəyəndim (0) Bəyənmədim (0)

"Cirque Du Soleil" adlı rəqs qrupunun göstərdiyi şou bədbəxt hadisə ilə yarımçıq qalıb.

Floridada – Tampada rəqs nümayişi zamanı hündürlükdən yıxılan rəqqas həyatını itirib.

Qrupun "VOLTA" performansı zamanı bir rəqqas metrlərlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb və vəfat edib.

Hadisə izləyicilədən biri tərəfindən lentə alınıb.

Proqram təxirə salınıb.

38 yaşlı Yann Arnaud adlı rəqqasın 15 illik rəqs karyerası olub və kifayət qədər tanınıb. O, iki uşaq atası idi.


Oxu.az