AZAL təyyarəsində partlayış baş verib

AZAL təyyarəsində partlayış baş verib

18 Mart 2018 08:53
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbulun Atatürk hava limanında Azərbaycan Hava Yolları QSC-yə (AZAL) məxsus "Boinq 767-300" təyyarəsində partlayış olub.

Türkiyənin "Sabah" qəzeti ekipaj üzvünün təxliyə avadanlığını səhvən açması nəticəsində partlayış baş verdiyini yazıb.

Təyyarə Bakı-İstanbul reysi ilə uçurmuş. Hadisə yerinə xilasedicilər cəlb edilib.

Xəsarət alan olmayıb və bütün sərnişinlər təyyarədən düşürülüb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski isə Report-a bildirib ki, təyyarənin ehtiyat trapının ağzı açılıb, ondan sonra bağlanılıb və sərnişinlər normal şəkildə avialayneri tərk ediblər: "Yaranmış problem aradan qaldırıldıqdan sonra təyyarə Bakıya qayıdacaq".

Qeyd edək ki, təyyarə Bakı-İstanbul reysi ilə uçurmuş.