"Memar Əcəmi"  yaxınlığında yaşlı qadını avtomobil vurub

"Memar Əcəmi" yaxınlığında yaşlı qadını avtomobil vurub

17 Mart 2018 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda yüksək sürətlə hərəkət edən minik avtomobili piyada keçidindən istifadə edən qadına ağır xəsarət yetirib.

Yol-nəqliyyat hadisəsi Nəsimi rayonunda baş verub.

Cavadxan küçəsində piyada zolağından yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Mikayılova Mənzər Həsən qızını sürətlə hərəkət edən minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nəsimi Rayon Polis İdarəsində araşdırılır. report