İran tələbələri Böyük Britaniya ərazisinə hücum etdilər

İran tələbələri Böyük Britaniya ərazisinə hücum etdilər

29 Noyabr 2011 18:12
Bəyəndim (0) Bəyənmədim (0)
"Molotov" kokteyli yanğına səbəb oldu


Bu gün İranın paytaxtında etirazçı tələbələr Böyük Britaniya səfirliyinin binasına daxil olaraq bayrağı endirdilər. Reuters xəbər agentliyinin məlumatına görə, nümayişçilər Britaniya bayrağının yerinə İran bayrağını sancmaqla yanaşı, səfirliyə aid sənədləri binanın pəncərəsindən aşağı atdılar. Корреспондент.net xəbər portalı bildirir ki, tələbələr səfirliyin binasına "Molotov" kokteyli atdılar ki, bu da yanğına səbəb oldu.

Xatırladaq ki, ötən həftə Britaniya hökuməti İrana qarşı sanksiyaların sərtləşdirilməsi qərarı ilə çıxış etmişdi. Qərara görə, Birləşmiş Krallığın müəssisələri İran maliyyə-kredit müəssisələri ilə hər cür əməkdaşlığa son qoymalıdırlar.
Buna cavab olaraq, İran Britaniya ilə diplomatik əlaqələrinə yenidən baxaraq, ölkəsindəki Britaniya səfirliyini tezliklə bağlayacağını bildirmişdi.

O.M.