Magistrlər hərbi xidmətə gedəcəklər

Magistrlər hərbi xidmətə gedəcəklər

29 Noyabr 2011 18:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bu həftə Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsində müzakirəyə çıxarılacaq "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi indiyədək Azərbaycanda mövcud olmuş 3 ayrı qanunu özündə birləşdirir. Bu barədə jurnalistlərə açıqlamasında parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvi Zahid Oruc bildirib. Millət vəkilinin sözlərinə görə, qanun layihəsində ümumilikdə ictimaiyyətin gözlədiyinin əksinə ciddi dəyişikliklər yoxdur: "Lakin sənəddə bir sıra yeni müddəalar əksini tapıb. Bunlar hərbi liseyləri yarımçıq qoyanların xidmət müddətinin hesablanması, hərbi xidmət keçdiyi dövrdə cinayət törədən şəxslərin xidmətini sonra davam etməsi şərtləri, hərbi sferadan tərxis olunma, onun yaş dərəcələri və s. ilə bağlı yeniliklərdir".

Z. Oruc bildirib ki, layihədə magistr təhsili alanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi, hərbi xidmətə çağırış kampaniyasının və maksimum yaş həddinin azaldılması və s. kimi indiyədək parlamentarilər tərəfindən dəfələrlə qaldırılmış məsələlər yer almayıb.

O.M.