Ermənistanla Gürcüstan 2-3 məsələdə razılığa gəliblər

Ermənistanla Gürcüstan 2-3 məsələdə razılığa gəliblər

29 Noyabr 2011 17:11
Bəyəndim (0) Bəyənmədim (0)
Yerli analitiklərin fikrincə, razılığa gəlinən məsələlər elə də ciddi əhəmiyyət kəsb etmir

Ermənistan-Gürcüstan prezidentlərinin Tiflis görüşündən sonra Serj Sarkisyan bəyanatla çıxış etdi. O qeyd etdi ki, qarşılıqlı səfərlər mütəmadi xarakter almaqla yanaşı demokratiya prinsipindən irəli gəlir. Ermənistanın Tert.am saytının məlumatına görə, 2011-ci ildə əməkdaşlıq məsələlərində görünməmiş irəliləyişlər müşahidə olunub. 2 il ərzində müdafiə, təhsil və nəqliyyat sektorundakı işbirliyində inkişaf var. Serj Sarkisyan gələcək planlara toxunarkən deyib: "Energetika və nəqliyyatın inkişafı bizim üçün prioritet məsələlərdir. Biz Fars körfəzini Gürcüstanın Poti limanı ilə birləşdirəcək Şimal-Cənub avtomagistralının tikintisinə önəm veririk". Ermənistan prezidenti 2-3 məsələdə gürcüstanlı həmkarı ilə razılığa gəldiyini bildirərək, ona təşəkkür etməyi də unutmadı.

Yerli analitiklərin fikrincə, razılığa gəlinən məsələlər elə də ciddi əhəmiyyət kəsb etmir.

Regional layihələrdən təcrid olunmuş Ermənistan həmişəki kimi xəyallarla yaşayır...

Hafiz Əhmədov

O.M.