ABŞ Milli Demokratiya İnstitutu (NDİ) Azərbaycanda fəaliyyətini bərpa etdi

ABŞ Milli Demokratiya İnstitutu (NDİ) Azərbaycanda fəaliyyətini bərpa etdi

29 Noyabr 2011 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

Fəaliyyətini bərpa edən İnstitut artıq bir sıra layihələr, o cümlədən Gənc Liderlər Proqramını icra etməyə başlayıb. APA-nın məlumatına görə, qeydiyyat məsələsi hələlik rəsmiləşməsə də, NDİ-ın fəaliyyətinə icazə verilib. NDİ-nin rəsmi dövlət qeydiyyatı üçün tələb olunan sənədləri isə hazırda Azərbaycan Ədliyyə Nazirliyində baxışdadır. Müvafiq hüquqi proseduraların yaxın zamanlarda başa çatacağı və qurumun rəsmi qeydiyyata alınacağı gözlənilir.

Xatırladaq ki, ABŞ Milli Demokratiya İnstitutu cari ilin mart ayında Azərbaycanda fəaliyyətini dayandırmağa məcbur olub. Həmin vaxt beynəlxalq QHT-lərin qeydiyyatı üzrə yeni qanunvericilik təşəbbüsü çərçivəsində NDİ-ın yenidən qeydiyyata alınması zərurəti yaranmış, bu səbəbdən qurumun Azərbaycan ofisi fəaliyyətini dondurmalı olmuşdu. Qeyd edək ki, NDİ dünyanın bir çox bölgəsində demokratik təsisatların möhkəmləndirilməsi, şəffaf seçkilərin təmini, vətəndaş fəallığının artırılması və digər istiqamətlərdə çalışan qeyri-hökumət təşkilatıdır.
Milli Demokratiya İnstitutu Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərir.

O.M.