A.Paşazadə namazını İrəvanın Cümə məscidində qıldı

A.Paşazadə namazını İrəvanın Cümə məscidində qıldı

29 Noyabr 2011 16:59
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan və Ermənistan dini rəhbərləri böyük sülh sazişi imzalanana qədər mütəmadi olaraq cəbhə xəttində görüşəcəklər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İrəvanda səfərdə olarkən bu şəhərin mərkəzində yerləşən tarixi Cümə məscidini ziyarət edib. Bu barədə keçirdiyi mətbuat konfransında QMİ sədrinin müavini Hacı Sabir Həsənli jurnalistlərə məlumat verib. O bildirib ki, XVIII əsrin yadigarı olan bu Azərbaycan məscidi hazırda İrəvanda yaşayan və işləyən müsəlmanların ibadətgahı kimi fəaliyyət göstərir: "Hazırda bu məsciddə əsasən İran azərbaycanlıları namaz qılırlar. Onlar İrəvanda işgüzar səfərdə olan və yaşayan şəxslərdir". A. Paşazadə başda olmaqla Azərbaycan nümayəndə heyəti məsciddə namaz qılıb.

Hacı Sabir Həsənli onu da bildirib ki, Azərbaycan və Ermənistan dini rəhbərləri böyük sülh sazişi imzalanana qədər mütəmadi olaraq cəbhə xəttində görüşəcəklər.

O.M.