Təyyarədən hava limanına qızıl yağışı yağdı

Təyyarədən hava limanına qızıl yağışı yağdı

15 Mart 2018 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Yakutiyada maraqlı hadisə baş verib.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, Yakutsk hava limanından göyə qalxan An-12 təyyarəsinin yük hissəsinin qapısı açılıb. Bu səbəbdən "Nimbus" aviaşirkətinə məxsus hava gəmisinə yüklənmiş qızıl külçələr hava limanının uçuş-eniş zolağına tökülüb.

Məlum olduğuna görə, təyyarə 32 milyard rubl (təxminən 950 milyon manat) dəyərində qiymətli metal daşıyırmış.

Hazırda uçuş-eniş zolağına dağılmış qızıl külçələri əllə toplamağa çalışırlar.