Bakıda iribuynuzlu heyvanla dolu yük avtomobili aşıb - VİDEO

Bakıda iribuynuzlu heyvanla dolu yük avtomobili aşıb - VİDEO

14 Mart 2018 17:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda iribuynuzlu heyvanla dolu yük avtomobili aşıb.

"Report"un xəbərinə görə, hadisə Bakı-Sumqayıt şosesinin Biləcəri qəsəbəsinin ərazisinə düşən hissəsində baş verib.

99-JH-641 dövlət qeydiyyat nişanlı "Mercedes Actros" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yolayrıcı dəmir çəpərə çırpılaraq aşıb. Avtomobilin içərisində olan iribuynuzlu heyvanlar yol kənarına tökülüb. Bir heyvan tələf olub. Yolda sıxlıq yaranıb.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.