ATƏT-in Minsk Qrupu həmsədrlərinin monitorinqi insidentsiz başa çatdı

ATƏT-in Minsk Qrupu həmsədrlərinin monitorinqi insidentsiz başa çatdı

29 Noyabr 2011 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirilib. Azərbaycanın Qazax rayonunun Cəfərli və Ermənistanın Kayan kəndləri arasında yerləşən yoldakı təmas xəttində keçirilən monitorinqi ATƏT-in Minsk Qrupunun həmsədrləri də izləyirdilər. Dünən Ermənistana səfər etmiş vasitəçilər bu gün keçirilən monitorinq zamanı Azərbaycan sərhədini keçiblər. Monitorinq başa çatdıqdan sonra həmsədrlər vertolyotla Bakıya gələrək Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun şəxsi köməkçisi Uilyam Praroy və səhra köməkçisi Antal Herdiç, Təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçiləri Xristo Xristov və Marius Puodziunas keçirirlər.

Xatırladaq ki, monitorinq insidentsiz başa çatıb.

O.M.