Misir Mərdanov ali məktəblərin ƏDV-dən azad edilməsi fikrini dəstəkləyir

Misir Mərdanov ali məktəblərin ƏDV-dən azad edilməsi fikrini dəstəkləyir

29 Noyabr 2011 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

"Ali təhsil müəssisələrinin Əlavə Dəyər Vergisindən azad edilməsi barədə təklifi dəstəkləyirəm. Vergi baxımından təhsilə və elmə güzəştlər olmalıdır". Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir qeyd edib ki, dünyanın hər yerində elm və təhsil müəssisələrinin vergidən azad olunması ilə bağlı addımlar atılır: "Azərbaycanda da bu tətbiq olunarsa, bir-birindən ayrılmayan elm və təhsil sahələrinin inkişafına səbəb olar". Nazir, həmçinin qeyd edib ki, Azərbaycanın təhsil strategiyası layihəsi artıq hazırdır. Yaxın günlərdə Təhsil Komissiyası yığışaraq layihəni ölkə prezidentinə təqdim edəcək. M. Mərdanov sənəddə çox ciddi yeniliklərin olduğunu vurğulayıb: "Ali təhsil müəssisələrinin şəhər kənarına köçürülməsi ilə bağlı fikirlər var. Amma hələ bu barədə konkret addımlar atılmayıb".

O.M.