Yol polisi reyd keçirir

Yol polisi reyd keçirir

28 Noyabr 2011 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsi məlumat verir ki, son vaxtlar normadan artıq yük aparan avtomobillərə qarşı tədbirlər gücləndirilib. Belə ki, son üç gündə Bakının Qaradağ rayonu ərazisində mişar daşı daşıyan yük avtomobilləri ilə bağlı aparılan reydlər zamanı maşına normadan artıq yük vuran 100-ə yaxın sürücü inzibati məsuliyyətə cəlb edilib. Həmin avtomobillərin yükü boşaldılaraq normaya uyğun yüklənib və sərbəst buraxılıb. K. Əliyev qeyd edib ki, normadan artıq yük daşıyan sürücülərə qarşı reydlər davam etdirilir.

O.M.