Yağışlı yolda yük maşını faciəyə səbəb olacaqdı - Video

Yağışlı yolda yük maşını faciəyə səbəb olacaqdı - Video

5 Mart 2018 22:59
Bəyəndim (0) Bəyənmədim (0)

Yağışlı havada yüksək sürətlə hərəkət edən ağır tonnajlı yük maşını ard-arda qaydaları pozur. Üstəlik, sürücü yerdə olan 1.1 bütöv nişanlanma xətti, yəni ötməni qadağan edən düz xəttə də məhəl qoymur və sərt döngələrdə digər yük maşınlarını ötür. O, bu hərəkəti ilə həm öz, həm də digərlərinin həyatını təhlükə altına atır.

"Qafqazinfo" "Xəzər TV"yə istinadən xəbər verir ki, görüntülər bu gün səhər saatlarında Şəki-Yevlax yolunda lentə alınıb.

Hadisə şahidinin sözlərinə görə, 99 ZB 428 dövlət qeydiyyat nişanlı ağır tonnajlı avtomobilin sürücüsü biri gediş, biri gəliş olmaqla 2 zolaqdan ibarət olan yolda təhlükəli manevrlər edib.

Qeyd edək İnzibati Xətalar Məcəlləsinə əsasən 1.1 nişanlama xəttinin tələbinin pozulmasına görə sürücü 3 bal və 60 manat məbləğində, əks zolağa çıxmaqla qarşıdan gələnlərinin hərəkətinə mane olmağına görə isə 4 bal və 100 manat məbləğində cərimələnə bilər.