Hacı Allahşükür Paşazadə Ermənistana getdi

Hacı Allahşükür Paşazadə Ermənistana getdi

28 Noyabr 2011 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan mətbuatının məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Ermənistana səfər edib. İrəvanın "Zvartnots" hava limanında şeyxülislamı bütün ermənilərin katalikosu II Qaregin qarşılayıb. A.Paşazadə noyabrın 29-30-da MDB ölkələri Dinlərarası Şurasının Rəyasət Heyətinin İrəvanda keçiriləcək toplantısında iştirak edəcək. Toplantıya Moskva və bütün rusların patriarxı I Kirill də qatılacaq. Gürcüstan patriarxı II İlya isə görüşdə iştirakdan imtina edib.

O.M.