Ermənilər atəşkəsi pozdular

Ermənilər atəşkəsi pozdular

28 Noyabr 2011 10:30
Bəyəndim (0) Bəyənmədim (0)
Düşmən cavab atəşi ilə susduruldu

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 27-də saat 16.30-dan 16.35-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 16.35-dən 16.45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.40-dan 18.45-dək, 22.45-dən 22.50-dək və noyabrın 28-də saat 04.30-dan 04.35-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 04.40-dan 04.45-dək isə Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.