Metroda texniki nasazlıq: qatarlar gecikir

Metroda texniki nasazlıq: qatarlar gecikir

5 Mart 2018 09:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən. qatarların hərəkət intervalında gecikmə baş verir: "Nasazlığı aradan qaldırmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik".