Bu gün Milli Ordunun daha bir əsgəri şəhid oldu

Bu gün Milli Ordunun daha bir əsgəri şəhid oldu

26 Noyabr 2011 18:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub. APA-nın məlumatına görə, hadisə bu gün 15.30 radələrində cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Ermənilərin açdığı atəş Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Elmar Səməd oğlu Həbibzadəyə dəyib. Əsgər aldığı güllə yarasından şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.

Qeyd edək ki, E. Həbibzadə bu ilin aprel ayında Lənkəran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Yeri gəlmişkən, erməni mətbuatı məlumat yayıb ki, son günlər ərzində Azərbaycan ordusu 7 nəfər itki verib.

Torpaq uğrunda ölən varsa, vətəndir...

Sərvər Aslanov

O.M.