VİDEO-Rusiya Prezident Administrasiyasının maşını qəzaya düşdü, 1 nəfər öldü

VİDEO-Rusiya Prezident Administrasiyasının maşını qəzaya düşdü, 1 nəfər öldü

26 Noyabr 2011 19:32
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə dünən gecə saatlarında Moskvanın Varşava Şosesi ərazisində baş verdi

Dünən gecə saatlarında Rusiya Federasiyası Prezidentinin köməkçisinin xidməti avtomobili ilə qəza törədildi. Nəticədə, bir nəfər hadisə yerində həlak oldu. Lifenews.ru xəbər agentliyinin məlumatına görə, Moskvanın Varşava şosesində prezidentin köməkçisi Cahan Pollıyevanın sürücüsü 19 yaşlı Albert Salçakın ölümünə səbəb olan qəzaya düşdü.

VAZ-2114 maşınında yüksək sürətlə gələn Salçak idarəetməni itirərək qarşı yoldan hərəkət edən BMW-750 markalı maşına dəydi. Prezident Administrasiyasının maşını da öz növbəsində yanındakı KİA avtomobilini əzdi. VAZ-2114 isə zəncirvarı olaraq daha bir neçə maşınla toqquşdu. Şahidlərin ifadələrinə görə, qəzanı törətmiş, dövlət nömrə nişanı 666 rəqəmi ilə olan VAZ-2114-ün sürücüsü hadisə yerində öldü. Xidməti maşının sürücüsü isə dərhal avtomobilin üzərindəki sirenanı və dövlət nömrə nişanını sökdü.

Bu gün Prezident Administrasiyasının avtomobilinin sürücüsü ilk dəfə olaraq polisə ifadə verdi.

Qəza hamıya bir gözlə baxır...

Hafiz Əhmədov

O.M.