Pakistan ABŞ münasibətləri dalana dirənib

Pakistan ABŞ münasibətləri dalana dirənib

19 Aprel 2011 11:50
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanla ABŞ münasibətləri korlanmaqda davam edir. Belə ki, Pakistanın baş naziri Yusif Rza Gilani ABŞ-dan pilotsuz təyyarələrini geri çəkməsini və raket hücumlarına son qoymasını istəyib.


İslamabadda səfərdə olan ABŞ nümayəndələr palatasının sədri Con Boyner ilə görüşdə Yusif Rza terrorla mübarizədə ən yaxın müttəfiqi olan ABŞ-la münasibətlərin korlandığını bildirib və Vaşinqtondan raket hücumlarına son qoyulmasını tələb edib.


O, Pakistan torpaqlarında hər hansı bir əməliyyatın keçirilməsinin yolverilməz olduğunu söyləyib. Daha sonra Gilani, "Lazım gələrsə, biz bu torpaqlarda antiterror əməliyyatı keçirməyə qadirik. Hər hansı bir xarici ölkənin icazəsiz müdaxiləsi yolverilməzdir ", - deyib


ABŞ hər yerdə olmaq istəyir. Lakin çox yerdə çağırılmamış qonaq statusundadır.


Elvin Babayev


O.M.