"Femida.az" saytının baş redaktoru dəm qazından boğularaq ölüb

"Femida.az" saytının baş redaktoru dəm qazından boğularaq ölüb

2 Mart 2018 15:16
148
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda baş redaktor dəm qazından boğulub ölüb. Trend-in məlumatına görə, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. "Femida.az" saytının baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

"Oxu mən"i qəzeti adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk: Allah rəhmət eləsin