Rusiyada güclü siklonla əlaqədar  fövqəladə vəziyyət elan olundu

Rusiyada güclü siklonla əlaqədar fövqəladə vəziyyət elan olundu

2 Mart 2018 13:04
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Yujno-Saxalinsk şəhərində güclü siklonla əlaqədar fövqəladə vəziyyət elan edilib.

Trend-in məlumatına görə, siklon qasırğa və güclü qarla müşayiət olunur.

Şəhərdə görünüş məsafəsi sıfra bərabər olduğu üçün nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd olunur ki, güclü siklon Saxalinin cənubunu və Kuril adalarını əhatə edir.

Saxalin vilayətinin bir çox yaşayış məntəqəsində elektrik enerjisi kəsilib. Qatarların hərəkəti dayandırılıb, aeroport işləmir. Siklonun fəsadlarının aradan qaldırılması üçün 1000-dən çox adam və 350-yə yaxın texnika cəlb edilib.