NATO Pakistan hərbi postunun bombalanması ilə bağlı təhqiqata başladı

NATO Pakistan hərbi postunun bombalanması ilə bağlı təhqiqata başladı

26 Noyabr 2011 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstanda fəaliyyət göstərən sülhməramlı qüvvələrin komandanlığı Pakistanın Əfqanıstanla sərhədində yerləşən Momand bölgəsində NATO vertolyotlarının Pakistanın hərbi postunu bombalaması hadisəsi ilə əlaqədar araşdırmaya başlayıb. İnsident zamanı 25 pakistanlı hərbçi qətlə yetirilib.

İnterfax xəbər agentliyinin məlumatına görə, NATO qoşunlarının Əfqanıstan kontingenti üzrə komandanı, general Con Allen şəxsən bu məsələyə qarışdığını və ciddi təhqiqat aparıldığını qeyd edib. O, həmçinin hadisə nəticəsində ölən və yaralananların ailələrinə təəssüf hisslərini bildirib.

Xatırladaq ki, Pakistan Ordusunun rəhbərliyi də hadisə ilə bağlı fövqəladə iclas keçirib.

Məramı sülh olan başqa dövlətə silahla gəlməz...

Hafiz Əhmədov

O.M.