“Bakı Bus”  bir qadının həyatına son qoydu

“Bakı Bus” bir qadının həyatına son qoydu

1 Mart 2018 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Bus MMC-nin 3 nömrəli avtobusu ölümlə nəticələnən qəza hadisəsi törədib.

Hadisə "Koroğlu" parkı ərazisi tərəfdə baş verib. Təxminən səhər 11 radələrində yolu keçmək istəyən 50 yaşlarında xanımı 3 nömrəli avtobus vurub. Qəza nəticəsində hələlik adı məlum olmayan piyada dünyasını dəyişib.

Faktı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev təsdiqləyib. Bildirib ki, hadisə ilə bağlı məlumat veriləcək.Axar.az