Cəbhə xəttində atəşkəs pozuldu

Cəbhə xəttində atəşkəs pozuldu

26 Noyabr 2011 11:30
Bəyəndim (0) Bəyənmədim (0)
Düşmən cavab atəşi ilə susduruldu

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 25-də saat 18.40-dan 18.50-dək və 20.15-dən 20.25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.10-dan 23.15-dək, 23.25-dən 23.30-dək və 23.31-dən 23.36-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.