İtaliya  səfirinin maşını qəzaya düşüb

İtaliya səfirinin maşını qəzaya düşüb

1 Mart 2018 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov rayonu, Heydər Əliyev prospektində 2 avtomaşının toqquşması ilə nəticələnən qəza baş verib.

Tərlan Xanlarovun idarə etdiyi "Mercedes" markalı avtomobil öz yolu ilə hərəkətdə olan İtaliya səfirliyinə məxsus, Novruz Kaynabekovun idarə etdiyi "Land Rover" markalı avtomobilə dəyib.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Nərimanov DYPŞ-nin əməkdaşları gəlib və araşdırmalara başlayıblar. Sürücülərin izahatları alınıb. İlkin araşdırma zamanı qəzanın "Mercedes"in sürücüsünün səhvinə görə baş verdiyi məlum olub.(olke.az)