Cənubi Qafqaz dini liderlərinin İrəvan görüşü baş tutmaya bilər

Cənubi Qafqaz dini liderlərinin İrəvan görüşü baş tutmaya bilər

26 Noyabr 2011 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bütün Gürcüstanın katolikos-patriarxı II İlya çox güman ki, Cənubi Qafqaz ölkələri dini liderlərinin İrəvanda keçiriləcək görüşündə iştirak edə bilməyəcək.

Bu barədə patriarxın müşaviri, beynəlxalq məsələlər üzrə ekspert Zurab Abaşidze bildirib. Qeyd edək ki, noyabrın 28-29-da İrəvanda MDB Dinlərarası Şurası Rəyasət Heyətinin toplantısı keçiriləcək. Toplantıya ənənəvi dinlərin (İslam, xristian, iudaizm, buddizm) liderləri və nümayəndələri qatılacaq. Görüşdə Moskva və bütün rusların patriarxı Kiril və bütün ermənilərin katolikosu II Qaregin də iştirak edəcək.
Ermənilərin dini mərkəzi olan Eçmiədzinin mətbuat xidməti toplantıda II İlya ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin də iştirakının gözlənildiyini açıqlayıb. Lakin böyük ehtimalla A.Paşazadə toplantıya qatılmayacaq.

Siyasətə qarışan din müqəddəs amala xidmət edə bilməz...

Hafiz Əhmədov

O.M.