Bələdiyyə seçkilərini beynəlxalq müşahidəçilər izləməyəcəklər

Bələdiyyə seçkilərini beynəlxalq müşahidəçilər izləməyəcəklər

26 Noyabr 2011 14:03
Bəyəndim (0) Bəyənmədim (0)

Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən verilən məlumata görə, seçki dairələri üzrə 9863, MSK-da isə 40 nəfər müşahidəçi qismində qeydiyyatdan keçib. Qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9903 nəfərdir. Bələdiyyə seçkilərini izləmək üçün beynəlxalq müşahidəçilər tərəfindən müraciət olmayıb.

Qeyd edək ki, noyabrın 30-na təyin olunmuş seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567 namizəd qeydə alınıb. Lakin 16 nəfər namizədliyini geri götürüb, daha 2 nəfər vəfat edib. Qeydiyyatda qalan bələdiyyə üzvlüyünə namizədlərin sayı 1549-dur.
Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.

Kütlədən seçilənlər seçilməyə layiqdirlər...

Sərvər Aslanov

O.M.