Şənbə, bazar günləri qar yağmayacaq

Şənbə, bazar günləri qar yağmayacaq

25 Noyabr 2011 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakı və Abşeron yarımadasında noyabrın 26-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşama doğru buludluluğun tədricən artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir. Noyabrın 27-də havanın buludlu olacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 0-3, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 26-da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi şərq rayonlarında havanın yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 13-18 , gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək. Noyabrın 27-də bəzi yerlərdə havanın yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək.

Havadan asılı olmayaraq, hamınıza aydın səma arzusu ilə

Fuad Borçalı

O.M.